Qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda yerləşən evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.Əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Onun müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurladığı məlum olub.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/qohumunun-evind%C9%99n-o%C4%9Furluq-etm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

