Qohumu tərəfindən öldürülən qadının qətlinin səbəbi bilinib
Siyəzəndə tamah məqsədilə törədilən qətlin üstü isti izlərlə açılıb.Prokurorluqdan verilən məlumata görə, oktyabrın 26-da rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ağamalıyevanın meyiti aşkarlanıb.İstintaqla bağlı ilkin məlumata görə, zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Naqil Ağamalıyev borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə qadının evinə gedib. O, Xəyalə Ağamalıyevanı boğaraq öldürməkdə, daha sonra evdən qızıl, pul və digər qiymətli əşyaları götürməkdə şübhəli bilinir. Naqil Ağamalıyev saxlanılıb və şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/qohumu-t%C9%99r%C9%99find%C9%99n-%C3%B6ld%C3%BCr%C3%BCl%C9%99n-qad%C4%B1n%C4%B1n-q%C9%99tlinin-s%C9%99b%C9%99bi-bilinib

