QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür

Qafqaz Müsəlmanlar İdarəsi Eçmiədzin Kilsəsinin aprelin 23-dəki bəyanatına sərt reaksiya verib.Xankəndidə iki qanunsuz tikilinin sökülməsi ilə bağlı açıqlama dezinformasiya və siyasiləşdirmə cəhdidir. QMİ qeyd edir ki, bu tikililər işğal dövründə qanunsuz inşa olunub və onların sökülməsi dini irsin məhv edilməsi kimi təqdim edilə bilməz. 2023-cü ildə Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra belə obyektlər hüquqi əsaslarla aradan qaldırılır. Keçmiş məcburi köçkünlərin də bu tikililərin sökülməsi üçün müraciət etdiyi qeyd olunur.QMİ həmçinin Azərbaycanın dini tolerantlıq ənənələrini xatırladaraq müxtəlif dinlərə aid ibadət yerlərinin qorunduğunu və bərpa edildiyini bildirir. Buna nümunə kimi Qazançı kilsəsinin bərpası və Bakıda erməni kilsəsinin qorunması göstərilir.Sonda qeyd olunur ki, bu cür iddialar regionda sülh prosesinə zərər vurur və təxribat xarakteri daşıyır.

url: 
http://kepezfm.az/xeberler/qmi-e%C3%A7mi%C9%99dzinin-xank%C9%99ndid%C9%99-qanunsuz-tikilinin-s%C3%B6k%C3%BClm%C9%99si-haqda-b%C9%99yanat%C4%B1-dezinformasiyan%C4%B1n
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik