Qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Sumqayıtda motosiklet sürücülərinə qarşı keçirilən profilaktik tədbirlər zamanı 22 nəfər saxlanılıb.DİN-dən bildirilib ki, onlardan 2-si motosikleti narkotik vasitənin təsiri altında idarə edib. Hər iki şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.Digər 20 nəfərin isə sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdiyi müəyyənləşib. Onlar barəsində inzibati tədbirlər görülüb.
url:
http://kepezfm.az/xeberler/qaydalar%C4%B1-pozan-22-motosiklet-s%C3%BCr%C3%BCc%C3%BCs%C3%BC-saxlan%C4%B1l%C4%B1b

