Kəpəz FM
radiosuna mahnıların təqdimatı üçün
Qaydalar
1. Musiqi tərtibatı
1.1 Janr seçimi: «Kəpəz FM» radiosuna
aşağıdakı janrda olan musiqilərin yayımına icazə verilir: Pop, Hip-Hop, Club-mix.
1.2 Musiqi seçimi: Musiqilər əsli ilə uyğun olmalı, radiostansiyanın məqbul etdiyi
janrda, melodik və ritmik olmalıdır.
1.3 Söz seçimi: Mahnıların sözləri məna, qrammatik, qafiyə cəhətdən düzgün olmalı,
musiqi ilə uyğunlaşmalıdır.
1.4 İfa tərzi: Musiqinin ifasında vokal, tembr, intonasiya, ritm, diapazon,
artistizm professionallıq təşkil etməli, Azərbaycan dilinin qaydalarını
pozmamalıdır və ifaçının tələffüzü səlis olmalıdır.
1.5 Aranjman: Mahnıların musiqilərində düzgün yazılmış harmoniya, səslənmə
keyfiyəti, melodiklik və ritm olmalıdır.
1.6 Mahnıların yazılma keyfiyyəti: Professional şəkildə yazılmış fonoqrammadan
(səslənmə keyfiyəti, aşağı, orta və yüksək tezliklərə uyğun olaraq yazılmalı),
stereo rejimdə olmalıdır.
1.7 Əxlaq qaydası: Mahnılarda gizli və açıq şəkildə alkoqol, tütün, narkotik
vasitələrinin təbliğinə icazə verilmir. Sözlərdə ədəb qaydalarına uyğun olmayan
ifadələr, siyasi ideologiyanın və dinin təbliği, vətəndaşların şərəf və
ləyaqətinə zərər yetirən ekstremist və
şiddət xarakterli ifadələr yolverilməzdir.
2.Texniki uyğunluq:
2.1 Format: *.Wav
2.2 Səs: Audiokodek: PCM 16 bit, stereo; Sampling Rate 48.0 KHz;
2.3 Müəllif hüquqları: Mahnıların təqdimatı zamanı mahnının söz, musiqi
müəllifi və ifaçının adları mütləq qeyd olunmalıdır.
2.4 İcazə verilmir: Tam və ya qismən plagiat musiqiyə, açıq və ya gizli şəkildə
reklamlara icazə verilmir.
3. Mahnılar Azərbaycan Respublikasının qanunvericiliyinə və Kəpəz FM
radiosunun siyasətinə uyğun olmalıdır.