Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb
Rəqəmsal sənədləşmə ildə 6 mindən çox ağacı qoruyur.Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu isə ildə 6 mindən çox ağacın qorunması deməkdir.Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Bakı İqlim Həftəsi 2026” çərçivəsində keçirilən paneldə deyib.Azərbaycanda peyklər və coğrafi informasiya sistemləri vasitəsilə quraqlıq, səhralaşma və su ehtiyatları monitorinq edilir.Qarabağda bərpa olunan enerji ilə işləyən 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9Fda-75-d%C9%99n-%C3%A7ox-g%C3%BCn%C9%99%C5%9F-enerjili-baza-stansiyas%C4%B1-qura%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1b

