Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu-Prezident

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən Beşinci Toplantısının iştirakçılarına müraciət edib.Dövlət başçısı bildirib ki, 6 il əvvəl Azərbaycanın qazandığı Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoyub.Bu Zəfər ölkələri iqtisadi, logistik və strateji baxımdan birləşdirən Zəngəzur dəhlizinin reallaşmasına da zəmin yaradıb.Prezident Türk dünyasının yüksəliş mərhələsinə qədəm qoyduğunu, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun və potensialının artdığını vurğulayıb.Müasir dünyada kibertəhdidlər, yeni qeyri-sabitlik ocaqları və digər çağırışlar yaranıb.Bu təhdidlərə qarşı mübarizə üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığının və fəaliyyətinin əlaqələndirilməsi vacibdir.İlham Əliyev terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm və hibrid təhdidlərlə mübarizədə təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Prezident bu gün həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi və digər üzv dövlətlərin nümayəndələrini qəbul edib.

url: 
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-z%C9%99f%C9%99ri-regionda-yeni-geosiyasi-reall%C4%B1%C4%9F%C4%B1n-%C9%99sas%C4%B1n%C4%B1-qoydu-prezident
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik