"Qarabağ" yoxlama oyununda Ukraynanın "Xarkov" komandasına uduzub
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-yoxlama-oyununda-ukraynan%C4%B1n-xarkov-komandas%C4%B1na-uduzub

