Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq
Şərqi Zəngəzurda "Araz Vadisi iqtisadi zonası" və Qarabağda Ağdam sənaye parkında yeni layihələr həyata keçirilir. Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib. "Araz Vadisi"ndə 8 milyon manat investisiya ilə soyutma avadanlıqları istehsalı müəssisəsi, Ağdamda isə 6 milyon manat dəyərində mebel fabriki açılacaq. Hər iki müəssisə təxminən 100 daimi iş yeri yaradacaq. Sahibkarlar isə tikinti materialları, mebel, tekstil və məişət məhsulları sahəsində 10-dan çox yeni layihə təqdim ediblər.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-v%C9%99-%C5%9F%C9%99rqi-z%C9%99ng%C9%99zurda-yeni-istehsal-m%C3%BC%C9%99ssis%C9%99l%C9%99ri-f%C9%99aliyy%C9%99t%C9%99-ba%C5%9Flayacaq