Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək
Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsinin Şuşaya köçürülməsi planlaşdırılır.Şuşada Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, bu addım nəticəsində təxminən 1500 müəllim və tələbənin şəhərdə daimi fəaliyyəti və yaşayışı təmin ediləcək. Bu da şəhərin sosial və mədəni həyatına yeni dinamika gətirəcək.Bundan əlavə, Şuşada uşaq bağçasının tikintisi də nəzərdə tutulur. Bu layihələr ümumilikdə şəhərin təhsil və sosial infrastrukturunun gücləndirilməsinə yönəlib. Qarabağ Universiteti üçün bu köç həm də regionda akademik və mədəni mühitin genişlənməsi deməkdir.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-universitetinin-inc%C9%99s%C9%99n%C9%99t-v%C9%99-turizm-fak%C3%BClt%C9%99si-%C5%9Fu%C5%9Faya-k%C3%B6%C3%A7%C3%BCr%C3%BCl%C9%99c%C9%99k

