"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
"Qarabağ" komandasının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.Ağdam təmsilçisi ilk təsnifat mərhələsində "Vestri" klubunu mübarizədən kənarlaşdırarsa, ikinci mərhələdə ÇSKA - "Derri Siti" cütünün qalibi ilə qarşılaşacaq.İkinci təsnifat mərhələsinin oyunları iyulun 23-ü və 30-da keçiriləcək. "Qarabağ" ilk matçını öz meydanında oynayacaq.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F%C4%B1n-uefa-avropa-liqas%C4%B1n%C4%B1n-ii-t%C9%99snifat-m%C9%99rh%C9%99l%C9%99sind%C9%99ki-potensial-r%C9%99qibl%C9%99ri-d%C9%99qiql%C9%99%C5%9Fib

