"Qaraçıların divası" - Esma öldü

"Qaraçıların divası" - Esma öldü

Qaraçı musiqisinin ən məşhur adlarından biri müğənni və şairə Esma Rəcəbova vəfat edib.

İki həftə əvvəl xəstəxanaya yerləşdirilən 73 yaşlı sənətçi Makedoniyanın paytaxtı Skopyedə dünyasını dəyişib.

"Makedoniyanın kraliçası" və "Qaraçıların divası" ləqəbli Rəcəbova sənəti ilə yanaşı, qaraçılara qarşı irqçiliyi pisləyən kampaniyaların aktiv iştirakçısı olub, onlarla uşağın himayədarlığını edib.

Ayşən Zeynallı