Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Xaçmaz və Siyəzən rayonlarında keçirilən birgə nəzarət tədbirləri zamanı qanunsuz balıq ovu ilə məşğul olan 5 nəfər saxlanılıb.Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Xaçmazın Şimali kəndi istiqamətində Pərviz Xankişiyev və Həsən İsayev saxlanılıblar. Onların qayığından 7 bölgə, 2 uzunburun və 20 rus nərəsi aşkarlanaraq götürülüb.Siyəzənin Böyük Həmyə kəndi istiqamətində isə Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov qanunsuz balıq ovlayarkən tutulublar. Onların qayıqlarından ümumilikdə 7 rus nərəsi aşkar edilib.Saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
url:
http://kepezfm.az/xeberler/qanunsuz-bal%C4%B1q-ovlayan-%C5%9F%C9%99xsl%C9%99r-saxlan%C4%B1l%C4%B1b

