Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək
İran parlamentinin sədri Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib.Məhəmməd Baqir Qalibaf əlavə edib ki, İranın təhlükəsizliyi təmin edilmədiyi təqdirdə heç bir infrastruktur təhlükəsiz olmayacaq.O, İran İslam Respublikasına qarşı istənilən təcavüz və ya avantürizm aktına cavabın sərt, sürətli və dəqiq olacağını vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/qalibaf-irana-neft-satma%C4%9F-mane-olunarsa-regionda-ba%C5%9Fqa-he%C3%A7-bir-%C3%B6lk%C9%99-neft-sata-bilm%C9%99y%C9%99c%C9%99k

