QAİ-də Qafqaz Albaniyasının irsinin öyrənilməsi üzrə işçi qrupu yaradılıb
Qərbi Azərbaycan İcmasında alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb.İşçi qrupu indiki Ermənistan ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən kilsə, monastır, xaçdaş və digər abidələri araşdıracaq.Araşdırmalar arxiv sənədləri və ilkin mənbələr əsasında aparılacaq. Məqsəd Alban katolikosluğu və dövrün dini-ictimai tarixi ilə bağlı müxtəlif ölkələrin arxivlərində saxlanılan sənədləri aşkar edərək vahid elmi bazada toplamaqdır.İcmadan qeyd olunub ki, hazırda bu mövzuda yüzlərlə sənəd mövcuddur.
url:
http://kepezfm.az/xeberler/qai-d%C9%99-qafqaz-albaniyas%C4%B1n%C4%B1n-irsinin-%C3%B6yr%C9%99nilm%C9%99si-%C3%BCzr%C9%99-i%C5%9F%C3%A7i-qrupu-yarad%C4%B1l%C4%B1b

