Qadın voleybolçularımız Avropa çempionatında mübarizəni dayandırıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 finalda mübarizəni dayandırıb. Yığmamız Türkiyə ilə keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala yüksəlmişdi. Türkiyə Voleybol Federasiyası qardaş ölkədə voleybolun inkişafındakı xidmətlərinə görə milli komandamızın baş məşqçisi Faiq Qarayevə mükafat təqdim edib.
url:
http://kepezfm.az/xeberler/qad%C4%B1n-voleybol%C3%A7ular%C4%B1m%C4%B1z-avropa-%C3%A7empionat%C4%B1nda-m%C3%BCbariz%C9%99ni-dayand%C4%B1r%C4%B1b

