Qaşım Maqomedovla Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçirilib
Milli Olimpiya Komitəsində Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçirilib. İdmançıların medalları aşınma səbəbi ilə yeniləri ilə əvəz olunub və MOK-un inzibati binasında onlara rəsmi şəkildə təqdim edilib. Paris-2024-də medal qazanmış 7 idmançımızdan 5-nin medalı keyfiyyətini itirdiyi üçün dəyişdirilib.
url:
http://kepezfm.az/xeberler/qa%C5%9F%C4%B1m-maqomedovla-h%C9%99sr%C9%99t-c%C9%99f%C9%99rov-%C3%BC%C3%A7%C3%BCn-medal-t%C9%99qdimat%C4%B1-m%C9%99rasimi-ke%C3%A7irilib

