Vaşinqtonda ABŞ Konqresində keçirilən “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar.Müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz tətbiqinin vacibliyi vurğulanıb, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırış edilib.Sənəddə ABŞ Konqresi üzvlərinə Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə diqqət yetirmək, məsələ ilə bağlı dinləmələr və məsləhətləşmələr təşkil etmək, aidiyyəti icmalarla dialoqu təşviq etmək tövsiyə olunub.Konfrans iştirakçıları həmçinin qayıdış hüququnun beynəlxalq hüququn fundamental prinsiplərindən biri olduğunu qeyd edərək, bu məsələyə selektiv yanaşmalara yol verilmədən baxılmasının vacibliyini vurğulayıblar.

