Qərbi Azərbaycan İcması diplomatların Qarabağa səfəri ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması bəyanat yayıb ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistanda etirazlar davam edir.İcma Ermənistan hakimiyyətini cəmiyyəti sülhə hazırlamaq əvəzinə qəbuledilməz bəyanatlar verməkdə ittiham edib. Bəyanatda Ermənistanın Azərbaycanın suveren ərazilərindəki mədəni irsə iddiaları da tənqid olunub.
url:
http://kepezfm.az/xeberler/q%C9%99rbi-az%C9%99rbaycan-icmas%C4%B1-diplomatlar%C4%B1n-qaraba%C4%9F-s%C9%99f%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-b%C9%99yanat-yay%C4%B1b

