Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb
Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirildiyini bəyan edib.İcma noyabrın 18-də keçirilən dinləmələrdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsini, Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqlarına və doğma yurdlarına qayıdışı məsələsinə toxunulmamasını ikili standartların təzahürü kimi qiymətləndirib.Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını və “Christian Solidarity International” təşkilatını qərəzli yanaşmadan əl çəkməyə, həmçinin gələcək dinləmələrə İcmanın nümayəndələrini dəvət edərək onların mövqeyini dinləməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/q%C9%99rbi-az%C9%99rbaycan-icmas%C4%B1-ab%C5%9F-konqresinin-komissiyas%C4%B1n%C4%B1-q%C9%99r%C9%99zli-yana%C5%9Fmadan-%C9%99l-%C3%A7%C9%99km%C9%99y%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

