Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır
Medianın İnkişafı Agentliyi Polşada yerləşən “Nexta” kanalının Goranboyda baş verən yanğınla bağlı yaydığı məlumatı tənqid edib.Məlumat əsassız iddialara söykənir, ictimai rəyi çaşdırmağa və Azərbaycana qarşı dezinformasiya yaratmağa yönəlib. MEDİA son dövrlər bəzi xarici media resurslarında Azərbaycana qarşı birtərəfli və həqiqətə uyğun olmayan məlumatların yayıldığını da qeyd edib. Bəyanatda ölkənin suverenliyinə və beynəlxalq nüfuzuna zərər vurmağa yönələn dezinformasiya cəhdlərinə qarşı tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/q%C9%99rb-medias%C4%B1-az%C9%99rbaycana-qar%C5%9F%C4%B1-dezinformasiya-kampaniyas%C4%B1-apar%C4%B1r

