Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
İyulun 29-da Qəbələdə XV Beynəlxalq Musiqi Festivalı başlayır. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək festival avqustun 3-dək davam edəcək. Musiqi bayramında Azərbaycanla yanaşı, Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan tanınmış musiqiçilər və kollektivlər iştirak edəcək.Qeyd edək ki, festivalın bütün konsert proqramlarına giriş sərbəstdir.
url:
http://kepezfm.az/xeberler/q%C9%99b%C9%99l%C9%99-beyn%C9%99lxalq-musiqi-festival%C4%B1-ba%C5%9Flay%C4%B1r

