Canlı
"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" - Pərviz qəza keçirən Türkandan danışdı

"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" - Pərviz qəza keçirən Türkandan danışdı

Qəzaya düşən Türkan Vəlizadə və Zeynəb Həsəninin ziyarətinə ən çox yolu gözlənilən Pərviz Bülbülənin gəlməməsi ağıllarda bir çox suallar yaradıb. Zeynəb Həsəninin isə "İnsanları belə günlərdə tanımaq olur" ifadəsi elə birbaşa Pərviz Bülbülənin ünvanına göndərdiyi mesaj olub. Maddi durumu çətin vəziyyətdə olan Türkana nəyə görə əl uzatmamağının səbəbini meyxanaçı belə izah edib: "Ramazan ayı ilə əlaqədər şənliklər azdı deyə, özümə istirahət ayırmışam. Amma təəssüf ki, Türkan xanım da istəyirdi ki, istirahət etsin, qismət... Allah şəfa versin. O ki qaldı Türkan xanımın xəstəxana ilə bağlı problemləri, hamısı nəzarətdədir, hamımız əlaqə saxlayırıq. Bu gün Türkan xanımın yanında oturub xəstəxanada gözləmək, gözə girmək, bu, o dərəcədə lazım deyil. Elə də ağır vəziyyətdə deyil. Maşallah, günü-gündən yaxşılaşır, xəbər tuturuq. İkincisi isə maddi məsələyə qalanda, əgər Türkan xanım düşdüyü qəza vəziyyətindən özünə pul tapıb çıxa bilməyəcəksə, o, mənimlə niyə oxuyur? Şadlıqlara niyə gedir? Siz qeyd etdiniz ki, mən zənginəm. Xeyr, heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz probelmlərini aradan qaldıra biləcəyi qədər maddiyyat qazana bilmirdisə, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allaha, maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə, bir az şəhərdən kənardayam".

2018-06-12 / 16:15