Prezident xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib
Prezident İlham Əliyev “Kinematoqrafiya haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.Dəyişikliklərə əsasən, xarici prodüserləri Azərbaycanda film istehsalına cəlb etmək məqsədilə çəkiliş xərclərinin bir hissəsi dövlət tərəfindən geri ödəniləcək.Qeyd olunub ki, bu addım ölkədə kino sahəsinin inkişafına, beynəlxalq və birgə film layihələrinin artmasına, həmçinin Azərbaycan kino sənayesinə xarici maliyyə və texnologiyanın cəlb olunmasına imkan yaradacaq.
url:
http://kepezfm.az/xeberler/prezident-xarici-prod%C3%BCserl%C9%99rin-az%C9%99rbaycanda-film-istehsal%C4%B1na-c%C9%99lb-edilm%C9%99sini-t%C9%99sdiql%C9%99yib

