Prezident Sumqayıt Sənaye Parkında açılışlarda iştirak edib

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələri zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkədə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verərkən, qeyd edib ki, hazırda Azərbaycanda sənaye zonalarında 104 müəssisə fəaliyyət göstərir, 11 mindən çox iş yeri yaradılıb. İstehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir. Sumqayıt Sənaye Parkında 40 rezident fəaliyyət göstərir, 6135 nəfər işlə təmin olunub. Yeni açılan “Azermirror” zavodunda 30 nəfər daimi işlə təmin edilib. Məhsullar həm daxili bazara, həm də ixrac üçün nəzərdə tutulub. Prezident həmçinin, "Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisə Türkiyə və Çin texnologiyaları ilə fəaliyyət göstərəcək. Burada 64 daimi iş yeri yaradılıb. Məhsullar həm daxili bazarı təmin edəcək, həm də ixrac ediləcək.

url: 
http://kepezfm.az/xeberler/prezident-sumqay%C4%B1t-s%C9%99naye-park%C4%B1nda-a%C3%A7%C4%B1l%C4%B1%C5%9Flarda-i%C5%9Ftirak-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik