Prezident məktəblərdə yeni maliyyələşmə mexanizmi ilə bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçirilməsi ilə bağlı fərman imzalayıb.Fərmana əsasən, 2026–2027-ci tədris ilindən məktəblər mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi ilə maliyyələşdiriləcək. Bu zaman hər şagird üçün illik təhsil xərcləri hesablanacaq və təhsilin səviyyəsinə uyğun əmsallar tətbiq olunacaq.
url:
http://kepezfm.az/xeberler/prezident-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-yeni-maliyy%C9%99l%C9%99%C5%9Fm%C9%99-mexanizmi-il%C9%99-ba%C4%9Fl%C4%B1-f%C9%99rman-imzalay%C4%B1b

