Prezident İlham Əliyevin Sankt-Peterburqdakı toplantılarda iştirak etməməsinin səbəbləri açıqlanıb
Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyib. Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Bu barədə Prezident Administrasiyasından bildirilib. Qeyd olunub ki, Azərbaycan MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi iştirak edir və qurum çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyevin-sankt-peterburqdak%C4%B1-toplant%C4%B1larda-i%C5%9Ftirak-etm%C9%99m%C9%99sinin-s%C9%99b%C9%99bl%C9%99ri

