Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalıda Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Dövlət başçısı Memorialın önünə əklil qoyub. Abidə Prezidentin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb və layihə Heydər Əliyev Fondunun konsepsiyası əsasında reallaşdırılıb.Memorialın ekspozisiyasında soyqırımının tarixi, qurbanların taleyi və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.Sonda Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

