Prezident İlham Əliyev və Vladimir Putin ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Liderlər Düşənbədəki görüşün davamı olaraq ikitərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər. Tərəflər iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Telefon söhbətində həmçinin regional əməkdaşlıq və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-v%C9%99-vladimir-putin-ikit%C9%99r%C9%99fli-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1-m%C3%BCzakir%C9%99-edibl%C9%99r

