Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş başda olmaqla nümayəndə heyətini qəbul edib.Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəmini vurğulayıb.Numan Kurtulmuş tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası istiqamətdə uğurla inkişaf etdiyi qeyd olunub.Tərəflər həmçinin qanunverici orqanlar arasında əməkdaşlığın hazırkı vəziyyəti və onun daha da genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

