Prezident İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Görüşdə Təşkilatın fəaliyyətinə dəstək, Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı müzakirə olunub. Həmçinin, Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə edilib.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-q%C9%99b%C9%99l%C9%99d%C9%99-bin%C9%99li-y%C4%B1ld%C4%B1r%C4%B1m%C4%B1-q%C9%99bul-edib