Prezident İlham Əliyev Gəncənin media nümayəndələrini təltif edib

Prezident İlham Əliyev Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, ümumilikdə 81 media nümayəndəsi orden, medal və fəxri diplomla təltif olunub. Onlardan 6 nəfər Prezidentin fəxri diplomuna, 3 nəfər 2-ci dərəcəli “Əmək” ordeninə, 10 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 60 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.Təltif olunanlar arasında Kəpəz Müstəqil Teleradio Şirkətinin Baş direktoru Fuad Cabarov və Gəncədə uzun illərdir müxtəlif televiziyalarda operator fəaliyyəti ilə məşğul olan Fərrux Qafarov da var. Onlar Azərbaycanda medianın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüblər.Bundan əlavə, Azərbaycanda medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gəncənin tanınmış jurnalisti Əhməd Qədiroğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-g%C9%99nc%C9%99nin-media-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99rini-t%C9%99ltif-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik