Prezident İlham Əliyev Dublində bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra görüşlərdə və tədbirlərdə iştirak edib.Günün mühüm hadisələrindən biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması olub.Bəyannaməyə əsasən, tərəflər müdafiə və təhlükəsizlik, müdafiə sənayesi, ticarət, investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya sahələrində əməkdaşlığı genişləndirəcəklər. Orta Dəhlizin inkişafı və bərpaolunan enerji üzrə tərəfdaşlıq da sənəddə əksini tapıb. Tərəflər əməkdaşlığın gedişini müzakirə etmək üçün illik Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəliblər.Dövlət başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də olub. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrinə əsaslanaraq, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsini və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.Liderlər TRIPP layihəsinin inkişafını, dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılmasını da müzakirə ediblər. Dövlət başçısı, həmçinin Bolqarıstanın, Yunanıstanın baş nazirləri, Rumıniya, Litva prezidentləri və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb.Görüşlərdə enerji təhlükəsizliyi, qaz ixracı, nəqliyyat bağlantıları, Orta Dəhlizin inkişafı, iqtisadi-ticari əlaqələr və regional məsələlər müzakirə olunub. İlham Əliyev, həmçinin Zirvə Toplantısının açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak edib.Prezident çıxışında deyib ki, 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış enerji Anlaşma Memorandumundan sonra Azərbaycanın quruma qaz təchizatı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu, ölkəmizin ümumi qaz ixracının təxminən yarısını təşkil edir. Dövlət başçısı gələcəkdə qaz təchizatının artırılmasının planlaşdırıldığını, alternativ enerjinin rolunun isə daha da yüksələcəyini qeyd edib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-dublind%C9%99-bir-s%C4%B1ra-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r-ke%C3%A7irib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik