Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Meq O`Nil ilə görüşüb.Görüşdə Azərbaycanla BP arasında 30 ildən artıq davam edən strateji tərəfdaşlıq, enerji layihələri və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq çərçivəsində əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəldilib. Meq O`Nil isə Azərbaycanın neft və qaz gəlirlərindən ölkənin inkişafı üçün səmərəli istifadə etdiyini vurğulayıb, Bakının infrastrukturu və inkişafına yatırılan sərmayələri qeyd edib.Görüş zamanı həmçinin BP-nin Azərbaycanda həyata keçirdiyi enerji və bərpaolunan enerji layihələri, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu müzakirə edilib.

