Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev Niderlandın xarici işlər naziri Tom Berendseni qəbul edib.Görüşdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Tehrandakı səfir və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə təşəkkür edib.Nazir, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib və bunun Avropa üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Prezident həmçinin İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.Dövlət başçısı BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu da qəbul edib.Görüşdə Azərbaycanın təşkil etdiyi Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, dinlərarası dialoq və islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub. İlham Əliyev ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-bir-s%C4%B1ra-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r-ke%C3%A7irib-0
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik