Prezident İlham Əliyev Almaniya və Gürcüstanın nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, siyasi, iqtisadi, enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və bu ildən Azərbaycan qazının Almaniyaya ixracına başlanması xüsusi vurğulanıb. Dövlət başçısı Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini də qəbul edib.Görüşdə Azərbaycan-Gürcüstan dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Birgə enerji və nəqliyyat layihələrinin regional əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin artırılması, sərmayələr, enerji və bağlantılar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-almaniya-v%C9%99-g%C3%BCrc%C3%BCstan%C4%B1n-n%C3%BCmay%C9%99nd%C9%99-hey%C9%99tini-q%C9%99bul-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik