Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət edib. Prezident müraciətində Azərbaycanın COP29 sədrliyi dövründə iqlim dəyişmələri ilə mübarizəyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən dəstəkdən danışıb. Azərbaycan iqlim böhranından ən çox zərər çəkən ölkələrin problemlərinin beynəlxalq səviyyədə diqqətdə saxlanmasını vacib hesab edir. Ölkəmiz bu dövlətlərə təhsil, su təchizatı, ərzaq təhlükəsizliyi və fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində dəstək göstərib.İlham Əliyev Azərbaycanın kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyini vurğulayıb və Türkiyə ilə Avstraliyanın COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edib.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-2026-c%C4%B1-il-pre-cop-liderl%C9%99r-t%C9%99dbirinin-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t

