Prezident bir qrup hərbi qulluqçunu təltif edib
Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularını təltif edib.Xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən polkovnik Abbas Abbasov “Vətən uğrunda” medalı ilə təltif olunub.Polkovnik-leytenant Anar Məmmədov, mayorlar Fariz Əliyev, Musa Hüseynov, Vahid Quliyev və Seymur Şirinov isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.Bundan başqa, Xidmət rəisinin müavini, general-mayor Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib.
url:
http://kepezfm.az/xeberler/prezident-bir-qrup-h%C9%99rbi-qulluq%C3%A7unu-t%C9%99ltif-edib

