Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib

Premyer Liqanın VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı Kəpəzin heyətindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər. Zirənin bərabərlik qolunu isə 89-cu dəqiqədə David Volkov vurub.
Azər Məmmədov - Kəpəzin Baş məşqçisi: "Bu günki qazandığımız nəticəyə görə azarkeşlərimizə təşəkkür eləməliyik.Bizim azarkeşlərimiz özününz də gördüyünüz kimi çox möhtəşəmdirlər.Və açığını desəm mən bir məşqçi kimi də kənardan onların dəstəyini hiss edirəm.Və bu danılmazdı.Və komandaya gəlincə komandamla fəxr edirəm.Komandam həqiqiətəndə çalışırlar yaxşı iş görsünlər .Hər bir şeyə rəğmən bu oyunda bizim bəzi itgilərimiz vardı hansı ki bizim üçün önəmli bir futbolçular idi.Ona rəğmən bu gün komanda pis təsir göstərmədi.Və çalışdılar mən elə düşünürəm ən yaxşısını eləsinlər.Onların yerinə oynayan futbolçular da laiqincə onları əvəz elədilər.Bu gün biz güclü bir komandaya qarşı oynayırdıq.Demək olar ki hər il yüksək yerlər uğrunda oynayan bir komandaya qarşı oynayırdıq.Mən düşünürəm ki nəticə pis deyil.Biz bu gün qazandığımız xalımızın üstünə bir xal qazandıq.Düşünürəm ki bizim üçün bu uğurdur."
Premyer Liqanın dünən keçirilən digər oyununda isə “İmişli” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

url: 
http://kepezfm.az/xeberler/premyer-liqa-k%C9%99p%C9%99z-do%C4%9Fma-meydanda-zir%C9%99-il%C9%99-he%C3%A7-he%C3%A7%C9%99-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik