Peşə tanınması üzrə imtahan keçiriləcək
Sentyabrın 29-da xarici ölkələrin ali təhsil müəssisələrini bitirən şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Qiymətləndirilmə müəllimlik, mühəndislik və hüquq ixtisaslarını əhatə edəcək. Uğur qazanmaq üçün iştirakçılar ən azı 15 bal toplamalıdırlar. Buraxılış vərəqələrini imtahana 5 gün qalmış DİM-in internet saytından əldə etmək mümkün olacaq.
url:
http://kepezfm.az/xeberler/pe%C5%9F%C9%99-tan%C4%B1nmas%C4%B1-%C3%BCzr%C9%99-imtahan-ke%C3%A7iril%C9%99c%C9%99k

