Paytaxtda narkokuryerlər tutulub
Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatla narkokuryerlikdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıb. Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.Faktla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/paytaxtda-narkokuryerl%C9%99r-tutulub

