Partlayış baş verən Goranboydan xəbər var
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar.Bu barədə Rayon İcra Hakimiyyətindən bildirilib.Hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılaraq araşdırma aparılıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir.Sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.
url:
http://kepezfm.az/xeberler/partlay%C4%B1%C5%9F-ba%C5%9F-ver%C9%99n-goranboydan-x%C9%99b%C9%99r-var

