Parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıtda məktəbli oğlan bıçaqlanıb.Hadisə Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. 2011-ci il təvəllüdlü yeniyetmə oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Polis hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetməni saxlayıb. Hər iki yeniyetmənin Sumqayıtdakı orta məktəblərdən birinin şagirdi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/parkda-m%C9%99kt%C9%99bli-b%C4%B1%C3%A7aqland%C4%B1-16-ya%C5%9Fl%C4%B1-o%C4%9Flan-saxlan%C4%B1ld%C4%B1

