Paracüdo üzrə milli komandamız dünya çempionatında mübarizə aparacaq
Azərbaycanın paracüdo üzrə milli komandası sentyabrın 25-dən 27-dək Tbilisidə keçiriləcək dünya çempionatında iştirak edəcək.Yarışda ölkəmizi 6 idmançı təmsil edəcək. Kişilər arasında İlham Zəkiyev, Saleh Sultanov, İsmayıl Muradov və Hüseyn İsmayılzadə, qadınlar arasında isə Dürsədəf Kərimova və Xatirə İsmiyeva mübarizə aparacaq.
url:
http://kepezfm.az/xeberler/parac%C3%BCdo-%C3%BCzr%C9%99-milli-komandam%C4%B1z-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-m%C3%BCbariz%C9%99-aparacaq

