Pamela Anderson kürk həvəskarlarına səsləndi

Pamela Anderson kürk həvəskarlarına səsləndi

Aktrisa Pamela Anderson kürk həvəskarlarını eko-xəzdən hazırlanmış kürklərdən istifadə etməyə səsləyib.

Aktrisa, model, heyvanların müdafiəsi üzrə beynəlxalq fondun məsləhət şurasının üzvü Pamela Anderson təbii xəz əvəzinə süni ekoloji xəz əvəzləyicidən istifadə etməyin daha məqsədəuyğun olduğunu bildirib. Pamelanın fikrinə görə, xəz geyinmək maraqsızdır və dəbə uyğun deyil.

Aktrisa deyib: "Mənim birinci layihəm təbii xəz geyinmək əleyhinə idi. Rusiyada mən eko-xəzdən istifadə edirəm".

Onun sözlərinə görə belə xəz çox isti və qlamurdur. Hətta təbii xəzə nisbətən daha qlamur və şıq görünür.

Ayşən Zeynallı