Pakistanda məktəb damının uçması nəticəsində həlak olanların sayı artıb
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəb damının uçması nəticəsində səkkizi şagird, biri isə müəllim olmaqla həlak olanların sayı 29 çatıb. 40-dan çox insanın yaralandığı bildirilir. Özəl təhsil müəssisəsinin rəhbəri artıq saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
url:
http://kepezfm.az/xeberler/pakistanda-m%C9%99kt%C9%99b-dam%C4%B1n%C4%B1n-u%C3%A7mas%C4%B1-n%C9%99tic%C9%99sind%C9%99-h%C9%99lak-olanlar%C4%B1n-say%C4%B1-art%C4%B1b

