Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.O, xalqa müraciətində yeni Konstitusiyanın qəbulu ilə sülh sazişinin imzalanıb ratifikasiya olunacağını və iki ölkə arasında institusional sülhün təmin ediləcəyini bildirib.Paşinyan həmçinin bəyan edib ki, referendumda yeni Konstitusiya qəbul edilməsə, istefa verəcək. Konstitusiya dəstəklənərsə, növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcək. Qeyd edək ki, dərc olunan yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları əks olunmuşdu.

url: 
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-yeni-konstitusiya-q%C9%99bul-edildikd%C9%99n-sonra-az%C9%99rbaycanla-s%C3%BClh-m%C3%BCqavil%C9%99sinin
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik