Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.Ermənistan KİV-ləri xəbər verir ki, o bu barədə brifinq zamanı bəyan edib."Mən artıq demişdim və bir daha təkrar edirəm: ardıcıl, sakit diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhə etmirəm. İndi məsələ bunun nə vaxt baş verəcəyidir – apreldə, mayda, iyunda, sentyabrda, lakin o mütləq imzalanacaq", - o qeyd edib.Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq,-deyə o əlavə edib.
url:
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-erm%C9%99nistan-v%C9%99-az%C9%99rbaycan-aras%C4%B1nda-s%C3%BClh-sazi%C5%9Fi-m%C3%BCtl%C9%99q-imzalanacaq

