Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib. O, bu il sazişin imzalanmasını çətin hesab etsə də, prosesin 2029 və ya 2031-ci ilə qədər uzadılmasının Ermənistanın planlarına daxil olmadığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Sənəd tərəflərin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını nəzərdə tutur.
url:
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-2027-2028-ci-ill%C9%99rd%C9%99-az%C9%99rbaycanla-s%C3%BClh-sazi%C5%9Finin-imzalanmas%C4%B1-z%C9%99ruridir

