Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur - Müdafiə Naziri
Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “ADEX-2026” sərgisinin iştirakçılarına müraciətində bildirib.
Azərbaycan Ordusunun əməliyyat imkanlarının genişləndirilməsi, maddi-texniki bazasının yenilənməsi və ən müasir silah sistemləri ilə təchizatı xüsusi əhəmiyyət daşıyır.Azərbaycan müdafiə sənayesi sahəsində də geniş potensiala malikdir. Ölkədə mindən çox çeşiddə müdafiə təyinatlı məhsul, o cümlədən silah, sursat və pilotsuz sistemlər istehsal olunur.Onu da qeyd edək ki, ilk dəfə olaraq Böyük Britaniyanın müdafiə naziri lord Vernon Koaker və 18 Britaniya şirkətinin nümayəndələri VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak edir.
url:
http://kepezfm.az/xeberler/ordumuzun-arsenal%C4%B1nda-m%C3%BCasir-silah-sursat-v%C9%99-d%C3%B6y%C3%BC%C5%9F-texnikas%C4%B1-m%C3%B6vcuddur-m%C3%BCdafi%C9%99-naziri

